Kasım-Jomart Tokayev:
Siyasət
142
17:40, Bu gün

Kasım-Jomart Tokayev: "Türk Dövlətləri Təşkilatı geosiyasi layihə deyil"

"Son zamanlar bizim birliyi hərbi alyans kimi xarakterizə edən fikirlər söylənilir. Qazaxıstan belə bir mövqeyi rədd etməyi zəruri hesab edir".

Moderator.az-ın "Aqorda" "Telegram" kanalına istinadən xəbərinə görə, bu fikirləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev birliyi hərbi alyans kimi xarakterizə edənlərə cavab olaraq səsləndirib.

"Ən əsası, yeni formatda iş təşkilatın məqsəd və vəzifələrinə uyğun olmalı və ona mənfi təsir göstərməməlidir.

Məsələn, son zamanlar bizim birliyi hərbi alyans kimi xarakterizə edən fikirlər söylənilir.

Aydındır ki, bu cür fərziyyələri irəli sürənlər pis niyyətlər güdürlər və nifaq salmağa çalışırlar. Qazaxıstan belə bir mövqeyi rədd etməyi zəruri hesab edir.

Bizim üçün türk dünyasının birliyinin gücləndirilməsi son dərəcə vacib və təxirə salınmayacaq prioritetdir.

Türk Dövlətləri Təşkilatı (TDT) geosiyasi layihə və ya hərbi təşkilat deyil. Bu, qardaş ölkələr arasında ticarət-iqtisadi, yüksək texnologiya, rəqəmsal, mədəni-humanitar əməkdaşlığı gücləndirməyə yönəlmiş unikal bir platformadır.

Bu cür mövqe ölkəmiz üçün vacib prioritetdir, çünki bu, aydındır ki, milli maraqlar baxımından effektivdir.

Türk dünyası həmişə birliyini qorumalı, qarşıya qoyulan məqsədlərdən geri çəkilməməli və birlikdə irəliyə getməlidir.

Əminəm ki, bugünkü görüş ortaq köklərə və tarixə bağlı ölkələrimizin birliyini daha da gücləndirəcək", - deyə Kasım-Jomart Tokayev qeyd edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər