Bizi sosial şəbəkələrdən izləyin:
“Bir çox hallarda biz rusların bu hərəkətlərini onları spirtli içki təsiri altında etdiklərini desək də, əslində bunlar məqsədyönlü şəkildə edilir...”
Xəbər verdiyimiz kimi, Rusiya imperiyasının Azərbaycan Respublikası ərazisinin bir hissəsində artıq 2 il 7 aydan çoxdur ki, müvəqqəti(!) qalmaq şərti ilə yerləşdirilmiş “sülhməramlı” adlanan hərbi kontingenti 2022-ci il avqustun 31-dən rəsmən Azərbaycan dövlətinin yurisdiksiyasına qaytarılmış Laçın şəhərini 2023-cü il mayın 31-dən etibarən yenidən virtual olaraq öz məsuliyyət və nəzarət zonasına daxil etməyə başlayıb... Rusiya MN-in dünən, yənin iyunun 25-də təqdim etdiyi və bu gün - Azərbaycanın Milli Ordusunun yaranmasının 105 illiyini qeyd etdiyi 26 iyunda da təqdim olunan dislokasiya xəritəsində də Laçın şəhərini “sülhməramlı”ların məsuliyyət zonasına daxil edib... Bu proses artıq üst-üstə 20 gündür ki, davam edir...
Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən tanınmış hərbi ekspert, polkovnik Üzeyir Cəfərov bunları söyləyib:
“Rusiya "sülhməramlı" kontingentinin Laçın şəhərini öz məsuliyyət zonalarını əks etdirən xəritələrə salmaq kimi təxribatları bilərəkdən edilir. Eyni təxribatı Azərbaycan Silahlı Qüvvələrinin yaranması günündə də təkrarlamaq artıq tam həddini aşmaqdır. Və günlərin bir günü onlar bizə Laçının “nəzarət”lərində olduğu həmin xəritələri "fakt və sübut" kimi təqdim etsələr, onda çox gec olacaq. Bizim müvafiq qurumlar bu cür təxribatlara texniki xəta kimi yanaşsalar da, bu əsla belə deyil. Artıq neçə müddətdir ki, Azərbaycan tərəfi bu məsələdə çox susqunluq nümayiş etdirdikcə, Rusiya tərəfi öz “naxal”lığını və həyasızlığını daha da artırır və bundan sonra da artıracaq. Azərbaycan tərəfi, xüsusən də o bölgə üzrə hərbi komandanlığımız rus “alkaş”larına ciddi xəbərdarlıq etməlidir və konkret vaxt səsləndirməlidir. Bir çox hallarda biz rusların bu hərəkətlərini onları spirtli içki təsiri altında etdiklərini desək də, əslində bunlar məqsədyönlü şəkildə edilir. Bütün bu addımların qarşısı alınmalıdr. Bir gün isə çox gec olacaq...”
Sultan Laçın