21:01
12°C
Bakı
Qəzzaya humanitar yardım çatdırmaq məqsədilə yaradılan "Qlobal Sumud Donanması"na İsrail silahlı qüvvələri tərəfindən beynəlxalq sularda edilən hücum dəniz quldurluğu aktıdır.
Moderator.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında qeyd olunub.
"Qəzzaya humanitar yardım çatdırmaq məqsədilə yaradılan "Qlobal Sumud Donanması"na İsrail silahlı qüvvələri tərəfindən beynəlxalq sularda edilən hücum dəniz quldurluğu aktıdır", bəyanatda bildirilib və əlavə olunub ki, Qəzza sakinlərinin yaşadığı humanitar fəlakətə diqqət çəkməyə çalışan donanmaya hücum beynəlxalq hüquqa ziddir:
"Donamadakı Türkiyə vətəndaşları və digər sərnişinlərin vəziyyəti ilə əlaqədar bütün zəruri təşəbbüslər həyata keçirilir".