Son günlərdə İran prezidenti Məsud Pezeşkianın görüntüləri sosial mediada "Dünyanın ən savadlı prezidentlərindən biri- ürək cərrahı Məsud Pezeşkian" adı altında yayılıb və izləyicilərin rəğbətini qazanıb.
Moderator.az xəbər verir ki, bu haqda "Azad İran" telegram-kanalı məlumat yayıb.
İran prezidenti Məsud Pezeşkianın bioqrafiyasına dair əsas məqamlar:
Təhsili və tibbi karyerası:
1954-cü ildə Mahabadda anadan olub. 1993-cü ildə İran Tibb Elmləri Universitetində ürək cərrahiyyəsi üzrə alt-ixtisas (subspecialty) alıb. O, Təbriz Tibb Elmləri Universitetinin rektoru vəzifəsində çalışıb (1994–1999).
Siyasi karyerası:
2001-2005-ci illərdə İranın Səhiyyə və Tibbi Təhsil naziri olub. Beş dəfə İran parlamentinə Təbrizdən deputat seçilib və parlamentin sədr müavini (2016-2020) kimi çalışıb.
Hərbi xidmət və müharibə:
İran-İraq müharibəsi zamanı cəbhədə həm həkim, həm də döyüşçü kimi fəaliyyət göstərib.
Ailə həyatı:
1994-cü ildə avtomobil qəzasında həyat yoldaşını və bir övladını itirib, daha sonra evlənməyib və övladlarını tək böyüdüb.
2025-ci il fəaliyyəti:
Prezident olduqdan sonra da tibbi fəaliyyətini tam dayandırmayıb, 2025-ci ilin may ayında Təbrizdə səfərdə olarkən "Şahid Mədani" xəstəxanasında ürək əməliyyatında şəxsən iştirak etməsi barədə xəbərlər yayılıb.
Pezeşkian 2024-cü ildə keçirilən növbədənkənar prezident seçkilərində islahatçı namizəd kimi qalib gələrək İranın 9-cu prezidenti seçilib.
S.Laçın