Yaponlar baş nazir Takaiçini
Dünya
147
20:20, Bu gün

Yaponlar baş nazir Takaiçini "uyğunsuz davranış"ına görə tənqid etdilər

Yaponiyalılar imperator Naruxito və həyat yoldaşı Masakonun qatıldıqları təntənəli mərasimdə Baş nazir Sanae Takaiçinin davranışını tənqid ediblər.

Moderator.az-ın xəbərinə görə, bu barədə "RIA Novosti" agentliyi məlumat verib.

"X" sosial şəbəkəsində Şova dövrünün başlanğıcının 100 illiyinin qeyd edilməsi mərasimində çəkilən foto dərc olunub.

Fotoda Sanae Takaiçi zalda imperator cütlüyünün yanında oturmuş, əlini qaldırmış və şəhadət barmağını uzatmış vəziyyətdə əks olunub.

"Bu, məktəb özfəaliyyət səviyyəsidir, dövlət mərasimində baş nazirin davranışı deyil", - deyə istifadəçilərdən biri fotoya şərhində yazıb.

Yaponların fikrincə, bu cür yüksəksəviyyəli siyasətçi imperatorun yanında özünü çox rahat aparır.

"Bu, sadəcə elementar hörmətin olmamasıdır", - deyə daha bir istifadəçi əlavə edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər