19:54
12°C
Bakı
Nepalda yolsuzluq avtomobilinin dağlıq ərazidə uçurumdan düşməsi nəticəsində azı 17 nəfər həlak olub.
Moderator.az xəbər verir ki, bu barədə "Nepal News" portalı yerli polisə istinadən məlumat yayıb.
Məlumata görə, hadisə Lumbini-Pradeş əyalətinin Rolpa rayonunda baş verib. Avtomobil yoldan çıxararaq təxminən 800 metr hündürlükdən dərəyə yuvarlanıb.
Qəzanın səbəbi məlum deyil. Axtarış-xilasetmə əməliyyatı davam edir.