Netanyahu İsrailin Livanda ancaq terrorçuları hədəf aldığını bildirib
Dünya
73
19:10, Bu gün

Netanyahu İsrailin Livanda ancaq terrorçuları hədəf aldığını bildirib

Livanı xilas etmək üçün “Hizbullah” silahsızlaşdırılmalı və ölkə hərbsizləşdirilməlidir.

Moderator.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu CNBC telekanalına müsahibəsində deyib.

“Əgər Livanı xilas etmək və Livan-İsrail sülhünə nail olmaq istəyiriksə — mən bunu istəyirəm — biz “Hizbullah”ı silahsızlaşdırmalı və Livanı hərbsizləşdirməliyik”, - Baş nazir bildirib.

O qeyd edib ki, bu məsələ ilə bağlı ABŞ Prezidenti Donald Trampla eyni mövqeni bölüşür: “Bu, Trampın və mənim paylaşdığımız məqsəddir”.

Netanyahu “Hizbullah” və HAMAS-ın hədəfinin İsrail olduğunu vurğulayıb: “Bu soyqırımı törədən terrorçuların Livanı ələ keçirməsinə və həmin ölkədən İsrailə qarşı istifadə etməsinə imkan vermək olmaz. HAMAS bizə hücum etdiyi, mülki şəxslərimizi öldürdüyü, kişilərimizi qətlə yetirdiyi və qadınlarımızı zorladığı kimi, onlar da Livandan İsrailə hücum etməyə çalışırlar. Heç bir ölkə bunu qəbul etməz”.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər