16:58
22°C
Bakı
Son sutka ərzində azı 28 müxtəlif gəmi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri ilə koordinasiyalı şəkildə Hörmüz boğazından keçib.
Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, qeyd olunan gəmilər arasında həm neft tankerləri, həm də digər ticarət gəmiləri yer alıb.