Ata uşaqlarının təhlükədə olduğunu iddia edir: "Göndərdiyim pulları narkotik vasitələrə xərcləyir" - VİDEO
Bizi sosial şəbəkələrdən izləyin:
Baku TV-nin qaynar xəttinə müraciət edən İran vətəndaşı Şahram Mehdizadəhsaraj iddia edir ki, dörd il əvvəl ailə qurduğu azərbaycanlı həyat yoldaşından ayrılıb.
Məhkəmənin qərarı ilə azyaşlı uşaqlar analarının himayəsinə verilib.
Onun sözlərinə görə, həmin vaxtdan etibarən aliment ödəsə də, keçmiş həyat yoldaşının həyat tərzi uşaqların gələcəyini və təhlükəsizliyini risk altına qoyur.
"Uşaqlarımın həyatı təhlükə altındadır. İki qızım var - biri 14, digəri isə 9 yaşındadır. Oğlum da onların yanındadır. Uzun müddətdir aliment ödəyirəm. Keçmiş həyat yoldaşımın tez-tez fərqli şəxslərlə münasibətdə olduğunu görürük. Uşaqlar mənə mesaj yazaraq ac və susuz qaldıqlarını bildiriblər. Mənim göndərdiyim vəsaitin düzgün xərclənmədiyini düşünürəm. Hətta həmin pulların narkotik vasitələrə və digər məqsədlərə sərf edildiyini iddia edirəm. Bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişəm. Əlimdə müəyyən sübutlar var. Məhkəmə qərarı əsasında o, 15 sutka inzibati həbs cəzası alıb", - deyə şikayətçi bildirib.
Hazırda İran vətəndaşı üçün yeganə çıxış yolu məhkəmənin yekun qərarını gözləməkdir. Veriləcək qərar azyaşlıların gələcəyi və təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Məhkəmə qərar qəbul edərkən uşaqların maraqlarını, onların yaşayış şəraitini və hansı mühitdə böyüyəcəklərini əsas meyar kimi nəzərə alacaq.