Tüfəngi ilə ilanı öldürmək istəyən kişi beş nəfəri yaralayıb
Dünya
193
11:30, Bu gün

Tüfəngi ilə ilanı öldürmək istəyən kişi beş nəfəri yaralayıb

Türkiyədə kişi evinə girən ilanı öldürmək istəyərkən beş nəfəri yaralayıb.

Moderator.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə 30 may tarixində Türkiyənin Şanlıurfa əyalətinin Siverek rayonunda baş verib.

Belə ki, 56 yaşlı kişi evinin kanalizasiyasına ilişib qalmış ilana ov tüfəngindən atəş açıb.

Səkdirmə güllələri üçü uşaq olmaqla, beş nəfəri yaralayıb. Polis və təcili yardım işçiləri dərhal hadisə yerinə gəlib və bütün yaralılar Siverek Dövlət Xəstəxanasına aparılıb. Həkimlər onların vəziyyətinin qənaətbəxş hesab edib.

Jandarma əməkdaşları hadisə yerinə baxış keçirib və araşdırma başlayıb. İlanın taleyi məlum deyil.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər