Hindistanda güclü yağış və fırtına nəticəsində azı 28 nəfər öldü
Dünya
226
19:32, Bu gün

Hindistanda güclü yağış və fırtına nəticəsində azı 28 nəfər öldü

Hindistanın müxtəlif ştatlarında müşahidə olunan güclü yağış və fırtına nəticəsində azı 28 nəfər ölüb.

Moderator.az xəbər verir ki, bu barədə “Hindustan Times” məlumat yayıb.

Məlumata görə, ən çox ölüm halı Uttar-Pradeş ştatında qeydə alınıb. Burada ildırım vurması nəticəsində 2 nəfər, ağacın evin üzərinə aşması nəticəsində 3 nəfər, tikilməkdə olan körpünün çökməsi nəticəsində isə 6 nəfər ölüb. Marqarita pizza

Qüvvətli fırtına səbəbindən çoxlu sayda heyvan tələf olub, bəzi binalara ziyan dəyib.

Qərbi Benqal və Bihar ştatlarında güclü külək və ildırım vurması nəticəsində hər birində 7 nəfər olmaqla ümumilikdə 14 nəfər ölüb.

Madhya-Pradeş ştatında isə şiddətli yağışlar nəticəsində 3 nəfər həyatını itirib, 2 nəfər yaralanıb.

Meteoroloqlar Hindistanın şimal bölgələrinin bir hissəsində əlverişsiz hava şəraitinin davam edə biləcəyi barədə xəbərdarlıq ediblər./APA

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər