Niderland hökuməti reper Kanye Uestlə bağlı qərarını verdi
Dünya
136
21:40, Bu gün

Niderland hökuməti reper Kanye Uestlə bağlı qərarını verdi

Niderland hökumət orqanları "Ye" adı ilə də çıxış edən amerikalı reper Kanye Uestin iki konsertinin keçirilməsinə razılıq verib. Şouların iyunun 6-sı və 8-də Arnem şəhərindəki "GelreDome" stadionunda keçirilməsi planlaşdırılır.

Moderator.az bu barədə NOS telekanalına istinadən xəbər verir.

Tədbirlərin keçirilməsinə icazəni şəhərin meri Əhməd Markuş verib. Bununla belə, o, musiqiçinin antisemit bəyanatlarına mənfi yanaşdığını vurğulayaraq, onları qəbuledilməz və qınağa layiq adlandırıb.

Lakin icazənin olması hələ konsertlərin mütləq baş tutacağı anlamına gəlmir. Parlamentin aşağı palatasının deputatlarının əksəriyyəti Azadlıq və Demokratiya naminə Xalq Partiyası ilə "Xristian İttifaqı" hərəkatı nümayəndələrinin sənətçinin gəlişinə qarşı yönəlmiş təşəbbüsünü dəstəkləyiblər.

Reperin Avropa turnesi artıq çətinliklərlə üzləşib: onun Polşa və İsveçrədəki çıxışları ləğv edilib, Avropa İttifaqınin bir sıra ölkələrində isə musiqiçinin əvvəlki bəyanatlarına görə onun səfərinə qarşı çıxıblar.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər