Rumıniya prezidenti PUA-nın yaşayış binasına çırpılmasının təfərrüatını açıqladı
Dünya
159
21:50, Bu gün

Rumıniya prezidenti PUA-nın yaşayış binasına çırpılmasının təfərrüatını açıqladı

Ukrayna Hava Hücumundan Müdafiə (HHM) qüvvələri tərəfindən Reni şəhəri üzərində vurulan pilotsuz uçuş aparatı (PUA) Rumıniyanın Qalats şəhərindəki çoxmənzilli yaşayış binasına düşüb.

Moderator.az "Gandul" nəşrinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rumıniya Prezidenti Nikuşor Dan bildirib.

"Şərqdən gələn 43 pilotsuz uçuş aparatından ibarət qrup Ukrayna ərazisini Dunay çayından təxminən 20-30 kilometr şimalda, şərqdən qərbə doğru keçib. Ukrayna ərazisi üzərindən uçarkən onlardan bəziləri vurulub və yəqin ki, Reni şəhəri üzərində zədələnən PUA-lardan biri trayektoriyasını dəyişərək Qalats istiqamətinə yönəlib", - deyə N.Dan bildirib.

Qeyd edək ki, dron mayın 29-na keçən gecə Qalatsdakı çoxmənzilli binaya çırpılıb. 70 sakin təxliyə edilib, dörd nəfər xəsarət alıb. Rumıniya tərəfi hadisəyə görə məsuliyyəti Rusiyanın üzərinə qoyub. Rusiya Prezidenti Vladimir Putin isə pilotsuz aparatın qalıqlarının Rusiyada ekspertizadan keçirilməsini təklif edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər