BMT rəsmisi:
Siyasət
183
22:07, Bu gün

BMT rəsmisi: "Azərbaycan kimliyi qitələrin və sivilizasiyaların qovşağında formalaşıb"

"Azərbaycanın kimliyi qitələrin və sivilizasiyaların qovşağında - ideyaların, mədəniyyətlərin və ənənələrin əsrlərboyu bir-birinə qarışdığı məkanda formalaşıb".

Moderator.az xəbər verir ki, bunu Azərbaycanın Müstəqillik Günü münasibətilə BMT-nin Nyu-Yorkdakı baş qərargahında təşkil olunan rəsmi qəbulda çıxış edən BMT baş katibinin Kabinet rəhbəri Kortni Ratrey deyib.

Bu barədə Azərbaycanın BMT yanındakı daimi nümayəndəliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Tədbirə digər ölkələrin BMT-dəki daimi nümayəndələri, diplomatlar və yüksəkvəzifəli rəsmilər qatılıblar.

Qəbulda çıxış edən K.Ratrey Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.

Qonaqlara müraciət edən Azərbaycanın daimi nümayəndəsi, səfir Tofiq Musayev Azərbaycan Xalq Cümhuriyyətinin tarixi irsini vurğulayıb. O, Azərbaycanın BMT-nin əsas sütunları üzrə - Dayanıqlı İnkişaf Məqsədlərinin irəlilədilməsindən və insan hüquqlarının təşviqindən tutmuş, beynəlxalq sülh və təhlükəsizliyin dəstəklənməsinə qədər olan sahələrdə fəal töhfələrini diqqətə çatdırıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər