Heqset: ABŞ ordusu İrana qarşı döyüş əməliyyatlarının bərpasına hazırdır
Dünya
141
21:34, Bu gün

Heqset: ABŞ ordusu İrana qarşı döyüş əməliyyatlarının bərpasına hazırdır

ABŞ Silahlı Qüvvələri İrana qarşı hərbi əməliyyatların mümkün bərpasına tam hazır vəziyyətdədir.

Moderator.az xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri Pit Heqset Sinqapurda yerləşən ABŞ-nin universal aviadadaşıyıcı gəmisi "USS Boxer"ı ziyarəti zamanı bəyan edib.

Onun sözlərinə görə, İran öz nüvə proqramını ya dayandırmaq, ya da ABŞ hərbçiləri ilə üz-üzə gəlmək seçimi qarşısındadır.

"Prezidentin (ABŞ Prezidenti Donald Trampın) öz administrasiyasının nümayəndələri ilə görüşdə qeyd etdiyi kimi, "İranın iki yolu var - ya düzgün yol seçib danışıqlar masasında razılaşma əldə edərək nüvə proqramından imtina etmək, ya da solumda dayanan adamla üzləşmək". Elə oldu ki, o adam mən idim, amma, əslində, mən deyiləm - bu, sizsiniz, uşaqlar", - Heqset deyib.

Daha əvvəl Tramp bəyan edib ki, artıq mayın 29-da müşavirə zamanı İranla ilkin razılaşdırılmış sazişin təsdiqlənməsinə dair yekun qərar verməyi planlaşdırır.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.

İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.

Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.

ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının bağlandığını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər