Ekskluziv
3591
09:07, Bu gün

"Onlar elə düşünürdülər ki, iki bomba və raketlə bir dəstə xaini qızışdırıb ölkəni xaosa sürükləyə bilərlər..."

"İran xalqının artıq 80 gündən çoxdur ki, öz mövqelərini qoruması bütün dünyanı təəccübləndirib..."
 
İran prezidenti Məsud Pezeşkian bəyan edib ki, Tehran nüvə silahı yaratmağa can atmır, regiondakı qeyri-sabitliyin səbəbi isə İsrailin siyasətidir.
 
Moderator.az bu haqda İran telegram-kanallarına istinadla xəbər verir.
 
Prezidentin sözlərinə görə, İran xalqının artıq 80 gündən çoxdur ki, öz mövqelərini qoruması bütün dünyanı təəccübləndirib.
 
"Onlar elə düşünürdülər ki, iki bomba və raketlə bir dəstə xaini qızışdırıb ölkəni xaosa sürükləyə bilərlər", — deyə Pezeşkian bildirib.
 
O əlavə edib ki, əgər İran dünyanın ən güclü dövlətinə qarşı durursa, çətinliklərə də hazır olmaq lazımdır.
 
"Müharibə aparıb, eyni zamanda həyatın əvvəlki kimi davam edəcəyini gözləmək olmaz", — deyə prezident vurğulayıb. (Eghtesad News)
 
S.Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər