HƏMAS İzzəddin əl-Qəssam Briqadalarının liderinin ölümünü açıqlayıb
Dünya
231
21:50, Bu gün

HƏMAS İzzəddin əl-Qəssam Briqadalarının liderinin ölümünü açıqlayıb

HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının komandiri Məhəmməd Əvdə və ailəsi İsrail ordusunun Qəzza zolağına hücumu zamanı öldürülüb.

Moderator.az xəbər verir ki, bu barədə HƏMAS-ın verdiyi yazılı açıqlamada bildirilir.

"Böyük qürur və şərəflə Fələstin xalqına, ərəb və İslam dünyasına və dünyanın bütün azadlıqsevər insanlarına əl-Qəssam Briqadalarının böyük komandiri, qəhrəman Məhəmməd Əvdənin şəhid olduğunu elan edirik", - açıqlamada deyilir.

Məlumata görə, Əvdə, həyat yoldaşı və iki uşağı dünən gecə İsrail ordusunun Qəzza şəhərində bir yaşayış məntəqəsini bombardman etməsi nəticəsində həlak olub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər