İsrailin müvəqqəti işlər vəkili Britaniya XİN-ə çağırılıb
Dünya
209
19:47, Bu gün

İsrailin müvəqqəti işlər vəkili Britaniya XİN-ə çağırılıb

İsrailin müvəqqəti işlər vəkili Daniela Qrudski Ekşteyn Böyük Britaniya Xarici İşlər Nazirliyinə çağırılıb.

Moderator.az xəbər verir ki, bu barədə XİN-in mətbuat xidmətindən bildirilib.

"Çağırış Böyük Britaniyanın İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin davranışını - "Sumud" donanmasının iştirakçılarını lağa qoymasını qətiyyətlə pisləməsi ilə bağlıdır. Bu cür davranış hörmət və insan ləyaqətinin ən əsas normalarının pozulmasıdır", - bəyanatda deyilir.

XİN həmin şəxslərin saxlanma şəraitindən dərin narahatlığını ifadə edib və İsrail hakimiyyətindən izahat tələb edib.

"Donanmanın humanitar yardım çatdırmaq cəhdi Qəzza zolağındakı vəziyyətin ciddiliyini nümayiş etdirir. İsrail quru marşrutları ilə daha çox həcmdə yardımın təhlükəsiz şəkildə çatdırılmasını təmin etməlidir. Biz bu missiyada iştirak edən bir neçə Britaniya vətəndaşının ailələri ilə əlaqə saxlayırıq və istənilən vaxt konsulluq dəstəyi göstərməyə hazırıq", - qurumdan əlavə ediblər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər