Polşa MN: ABŞ Avropada qoşunların yerləşdirilməsi ilə bağlı yeni plan hazırlayır
Dünya
157
21:20, Bu gün

Polşa MN: ABŞ Avropada qoşunların yerləşdirilməsi ilə bağlı yeni plan hazırlayır

ABŞ Polşadakı hərbi kontingentini azaltmağı planlaşdırmır və Pentaqon Avropada Amerika qoşunlarının yerləşdirilməsi ilə bağlı yeni plan üzərində işləyir.

Moderator.az xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış ABŞ-ın müdafiə naziri Pit Heqsetlə telefon danışığından sonra açıqlama verib.

Nazir bildirib ki, ABŞ-ın Polşa və regionun təhlükəsizliyinə sadiqliyi dəyişməz olaraq qalır.

“Hazırda Avropada ABŞ quru qoşunlarının yenidən qruplaşdırılması prosesi gedir. Lakin Polşadakı Amerika hərbçilərinin sayının azaldılması ilə bağlı heç bir qərar qəbul edilməyib”, - deyə o vurğulayıb.

Kosinyak-Kamış əlavə edib ki, Pentaqon hazırda Avropa üzrə yeni hərbi yerləşdirmə planı hazırlayır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər