Kaliforniyada məscidə silahlı hücum edənlərin kimliyi məlum oldu
Dünya
215
14:51, Bu gün

Kaliforniyada məscidə silahlı hücum edənlərin kimliyi məlum oldu

ABŞ-də İslam mərkəzinə silahlı hücum edən şəxslərin kimliyi məlum olub.
 
Moderator.az-ın məlumatına görə, bu barədə "NBC News" telekanalı xəbər yayıb.
 
Hadisə Kaliforniya ştatının San-Dieqo şəhərində daxilində məscid də olan İslam mərkəzində baş verib. Hücumu törədən şəxslərin 17 yaşlı Keyn Klark və 18 yaşlı Kaleb Vaskes olduğu müəyyən edilib. Yeniyetmələr hadisədən sonra intihar ediblər. Onlardan birinin anası oğlunun intihara meylli olduğunu bildirib.
 
Polis əməkdaşları çağırışdan dörd dəqiqə sonra hadisə yerinə çatıblar. Hüquq-mühafizə orqanları məscidin girişində üç kişinin, o cümlədən mərkəzin mühafizəçisinin meyitini aşkarlayıblar. Atışma zamanı binanın içərisində olan müəllim və tələbələrdən isə xəsarət alan olmayıb.
 
Bir müddət sonra cinayət yerindən bir neçə məhəllə uzaqlıqda, küçənin ortasında hücum edənlərə məxsus avtomobil tapılıb. Maşının içərisindən anti-İslam xarakterli mətnlər aşkarlanıb.
 
Hazırda hüquq-mühafizə orqanları baş verən hadisəni nifrət zəminində törədilmiş cinayət kimi araşdırır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər