XTQ-nin bölmələrində yoxlama: Tapşırıqlar verildi - FOTO
Hərb
133
17:45, Bu gün

XTQ-nin bölmələrində yoxlama: Tapşırıqlar verildi - FOTO

Cari il üçün təsdiq olunmuş hazırlıq planına uyğun olaraq, Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyası tərəfindən Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) "N" saylı hərbi hissəsində yoxlama keçirilib.

Moderator.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əvvəlcə yoxlamanın başlanması münasibətilə Döyüş bayrağı sıra meydanına gətirilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Dövlət Himni səsləndirilib.

Şəxsi heyətə və maddi-tədris bazasına keçirilən sıra baxışı hərbi qulluqçuların tribuna önündən təntənəli keçidi ilə sona çatıb.

İnspeksiya zamanı silah və texnikanın, maddi-texniki təminat vasitələrinin varlığı və vəziyyəti yoxlanılıb. Həmçinin, bölmələrin ərazidə operativ-taktiki və qərargah fəaliyyətləri qiymətləndirilib.

Eyni zamanda, hərbi qulluqçuların fiziki və atəş hazırlıqlarının yoxlanılması məqsədilə onlardan fərdi qaydada normativlər qəbul edilib.

Yoxlamanın sonunda hərbi qulluqçuların nəzəri və praktiki bilik və bacarıqlarının təkmilləşdirilməsi, xidmətin müasir tələblər çərçivəsində təşkili istiqamətində aidiyyəti şəxslərə müvafiq tövsiyələr verilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər