Pakistanda hərbi düşərgədə terror aktı: Çox sayda ölən və yaralanan var
Dünya
212
12:41, Bu gün

Pakistanda hərbi düşərgədə terror aktı: Çox sayda ölən və yaralanan var

Pakistanın şimal-qərbində terror hücumu nəticəsində ən azı doqquz hərbçi həlak olub, 20-dən çoxu yaralanıb.
 
Moderator.az bu barədə "Sinxua" agentliyinə istinadən xəbər verir.
 
Hadisə Xayber-Paxtunxva əyalətinin Badjaur rayonunda baş verib. Partlayıcı maddələrlə yüklənmiş avtomobildə olan terrorçu hərbi düşərgənin ərazisinə daxil olub və partlayıcı qurğunu işə salıb. Partlayışdan dərhal sonra yaraqlılar hərbçilərə atəş açıblar. Cavab atəşi ilə bir neçə terrorçu məhv edilib.
 
Xayber-Paxtunxvadakı radikal qruplaşmalar qondarma Vəziristan İslam Dövləti yaratmağa çalışırlar. Bölgə Əfqanıstanla sərhəddə, qəbilə ərazilərində yerləşir. Bura "Əl-Qaidə" terror şəbəkəsinin və "Fitna al-Kxavaric" qruplaşmasının (həmçinin "Təhriki-Taliban Pakistan" və ya Pakistan talibanlarının hərəkatı" kimi də tanınır) yaraqlılarının artan aktivliyi səbəbindən Pakistanın ən qaynar nöqtələrindən biridir.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər