İcra başçısı yeni sektor müdiri təyin etdi - FOTO
142
14:30, Bu gün

İcra başçısı yeni sektor müdiri təyin etdi - FOTO

Binəqədi Rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub.
 
Moderator.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı icra başçısı Elxan Allahverdiyev sərəncam imzalayıb.
 
Sərəncamla Vüsal Əliyev Aparatın Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdir müavini - Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlil sektorunun müdiri vəzifəsinə təyin edilib.
 
Xatırladaq ki, daha əvvəl bu vəzifədə İskəndər Cahangir-zadə çalışıb və o, bir müddət əvvəl vəzifəsindən azad edilib.
 
Qeyd edək ki, V.Əliyev bu təyinatdan əvvəl "Bakı Telefon Rabitəsi" MMC-nin 6 saylı Rabitə Xidmət Mərkəzində rəis müavini vəzifələrində çalışıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər