Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə yeniyetmələrin Liqa yarışı keçiriləcək
İdman
124
13:50, Bu gün

Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə yeniyetmələrin Liqa yarışı keçiriləcək

Mayın 20-dən 22-dək cüdo üzrə U-17 yeniyetmələr arasında Liqa yarışının II turu təşkil olunacaq.
 
Moderator.az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, turnir Abşeron Olimpiya İdman Kompleksində baş tutacaq.
 
Yarışda 105 klub və idman cəmiyyətindən olan 768 idmançı (614 oğlan, 154 qız) ümumilikdə 16 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.
 
Qeyd edək ki, cari ildə U-17 Liqa yarışının ümumilikdə 3 turunun keçirilməsi planlaşdırılır. Bu yarışlar idmançıların reytinq cədvəlinin formalaşmasında önəmli rol oynayacaq.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər