20:57
18°C
Bakı
Avropa İttifaqı (Aİ) Ukraynaya dəstəyi davam etdirir və 6 milyard avroluq dron dəstəyi paketinin formalaşdırılmasını başa çatdırır.
Moderator.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen "X" sosial şəbəkə hesabında yazıb.
"Biz 6 milyard avroluq dron dəstəyi paketinin formalaşdırılmasını başa çatdırırıq və getdikcə daha sərt sanksiyalar vasitəsilə Rusiyanın hərbi iqtisadiyyatına təzyiqi qoruyub saxlayırıq", – o qeyd edib.