Sibiqa Rusiyanın Kiyevə zərbələrinə görə BMT TŞ-nin təcili iclasının keçirilməsi təşəbbüsü ilə çıxış edib
Dünya
64
20:20, Bu gün

Sibiqa Rusiyanın Kiyevə zərbələrinə görə BMT TŞ-nin təcili iclasının keçirilməsi təşəbbüsü ilə çıxış edib

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Rusiyanın Kiyevə hücumları ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının (TŞ) təcili iclasının keçirilməsi təşəbbüsü ilə çıxış edib.

Moderator.az xəbər verir ki, bu barədə o, sosial şəbəkələrdə məlumat yayıb.

Sibiqanın sözlərinə görə, zərbələr nəticəsində bir uşaq olmaqla, azı 8 nəfər ölüb.

"Təəssüf ki, həlak olanların sayı artmağa davam edə bilər, çünki 20 nəfər hələ də itkin düşmüş hesab olunur. Dünən saat 18:00-dan bu gün saat 8:00-dək Rusiya 675 dron və 56 raket, o cümlədən ballistik raketlər ataraq, Kiyevdə 11, bütün Ukrayna üzrə isə 50-dən çox yaşayış binasını zədələyib", - o qeyd edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər