Tokayev: Qazaxıstan və Türkiyə 7,6 milyard dollar dəyərində 142 birgə layihə reallaşdırıb
Dünya
65
20:17, Bu gün

Tokayev: Qazaxıstan və Türkiyə 7,6 milyard dollar dəyərində 142 birgə layihə reallaşdırıb

Qazaxıstan və Türkiyə sənaye, logistika, kənd təsərrüfatı və investisiya sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir.

Moderator.az Akordaya istinadən xəbər verir ki, bu barədə ölkənin Prezidenti Kasım-Jomart Tokayev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən Qazaxıstan-Türkiyə biznes forumunda bildirib.

Onun sözlərinə görə, Qazaxıstan və Türkiyə işgüzar dairələri artıq ümumi dəyəri 7,6 milyard dollar olan 142 layihəni həyata keçirib.

Tokayev nəqliyyat-logistika əməkdaşlığına xüsusi diqqət yetirib.

"Bu istiqamətdə Çin və Avropa arasında yük axınının 85 %-i Qazaxıstandan keçir", - o bildirib və Orta Dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə daşımaların həcmi son illər ərzində beş dəfədən çox, 2025-ci ildə isə konteyner daşımaları 36 % artıb.

Tokayev bildirib ki, Qazaxıstan Orta Dəhliz üzrə daşımaların həcmini 10 milyon tona çatdırmaq niyyətindədir. Tranzit daşımalarının əlaqələndirilməsi üçün vahid "Smart Cargo" rəqəmsal platforması hazırlanıb.

Ərdoğan qeyd edib ki, Qazaxıstan Türkiyənin ən böyük ticari-iqtisadi tərəfdaşı ola bilər.

Onun sözlərinə görə, Türkiyədə Qazaxıstanın iqtisadi inkişafını diqqətlə izləyirlər.

"Bu gün Qazaxıstan 145 milyard dollarlıq xarici ticarət dövriyyəsi ilə Mərkəzi Asiyanın ən böyük iqtisadiyyatı kimi tanınır", - Ərdoğan qeyd edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər