"İran ətrafındakı münaqişədə qalib yoxdur"
Moderator.az xəbər verir ki, Çinin Rusiyadakı səfiri Çjan Hanhui TASS-a bildirib ki, Çin İran ətrafındakı münaqişədə qalib tərəf olmadığına inanır.
O qeyd etdi ki, Çin və Pakistan hərbi əməliyyatların dərhal dayandırılması, sülh danışıqlarının sürətləndirilməsi, mülki və gəmiçilik təhlükəsizliyinin təmin edilməsi və BMT Nizamnaməsinin əsas rolunun təsdiqlənməsi daxil olmaqla beş maddədən ibarət birgə təşəbbüs irəli sürüblər.
Çjan həmçinin xatırladıb ki, Çin lideri Si Cinpin bu yaxınlarda Yaxın Şərq sülhü üçün dörd prinsip irəli sürüb: dinc yaşamaq, dövlət suverenliyinə hörmət, beynəlxalq hüquqa riayət etmək, regional inkişaf və təhlükəsizliyin təmin edilməsi. Səfir əlavə edib ki, bu prinsiplər mövcud böhrandan çıxış yolları üçün Çin vizyonunu təmsil edir.