Dünya
250
19:45, Bu gün

"Çin səfəri öncəsi Trampın əlində kozır qalmayıb" - "Yahoo News Japan"

"İran böhranı və nüvə qarşıdurması fonunda Pekin səfərinə hazırlaşan Tramp diplomatik üstünlüyünü itirmək riski ilə üz-üzədir..."

ABŞ prezidenti Donald Trampın yaxın günlərdə Çinə planlaşdırdığı səfər artıq indidən uğursuz hesab olunur.

Moderator.az xəbər verir ki, bu barədə  Yaponiyanın "Yahoo News Japan" nəşri yazıb.

İran böhranı Trampın planlarını pozur

Nəşr yazır ki, Vaşinqtonun İran məsələsində nəticə əldə edə bilməməsi Trampın Pekində mövqelərini ciddi şəkildə zəiflədib. Qeyd olunur ki, Ağ Ev rəhbəri Çinə getməzdən əvvəl İranla bağlı razılaşma əldə etməyə çalışırdı. Çünki Pekin Vaşinqtonun Tehrana təzyiq siyasətini diqqətlə izləyir və İran Çin üçün vacib tərəfdaşlardan biri hesab olunur.

Nəşrin fikrincə, Tramp Çin səfərində ABŞ-Çin münasibətlərinin normallaşmasını öz siyasi uğuru kimi təqdim etmək istəyirdi. Bunun üçün isə Pekində isti qarşılanma və diplomatik nəticə lazım idi. Lakin İranın Vaşinqtonun təkliflərinə sərt cavabı bu planları çətinləşdirib.

"Nüvə məsələsi" əsas qarşıdurma nöqtəsinə çevrilir

Yazıda əsas problemin "nüvə məsələsi" olduğu vurğulanır. Müəllif Qərbi və xüsusilə ABŞ-ni ikili standartlarda ittiham edir. Qeyd olunur ki, İsrailin nevə arsenalına göz yumulduğu halda, İran yalnız potensial nüvə imkanlarına görə sərt təhdidlərlə üzləşir.

Nəşr bunu Vaşinqtonun əsas ziddiyyəti kimi təqdim edir. Eyni zamanda Çin rəhbərliyinin İranın nüvə silahı yaratmamaq öhdəliyini dəstəklədiyi, lakin Tehranın dinc nüvə enerjisindən istifadə hüququnu tanıdığı vurğulanır.

Trampın dəyişən mövqeyi və qeyri-müəyyən səfər

Məqalədə qeyd olunur ki, Tramp son həftələrdə Hörmüz boğazı ilə bağlı mövqeyini dəfələrlə dəyişib - əvvəl blokada, sonra əməliyyatın dayandırılması, daha sonra isə yenidən təzyiq ritorikası gündəmə gəlib. Müəllif bunu ABŞ siyasətində qeyri-sabitliyin göstəricisi hesab edir.

Nəşr vurğulayır ki, Vaşinqtonun həm Çin, həm də İranla münasibətlərində ciddi fikir ayrılığı qalır. Tramp Çin səfərində böyük diplomatik uğur göstərmək istəyir, lakin İran böhranı və davam edən geosiyasi gərginlik səbəbindən bu səfərin gözlənilən nəticəni verməsi çətin görünür.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər