Avropanın daha bir ölkəsində hantavirusa yoluxma rəsmən təsdiqləndi
Dünya
173
18:20, Bu gün

Avropanın daha bir ölkəsində hantavirusa yoluxma rəsmən təsdiqləndi

İspaniya ərazisində hantavirus infeksiyasına ilk yoluxma halı rəsmən təsdiq edilib.

Moderator.az xəbər verir ki, bu barədə İspaniya Səhiyyə Nazirliyinin mətbuat xidməti rəsmi açıqlama yayıb.

Verilən məlumata əsasən, "MV Hondius" kruiz gəmisindən təxliyə olunan sərnişinlərdən birində hantavirusa yoluxma faktı aşkarlanıb.

Bildirilir ki, gəmidən təxliyə edilən digər 13 şəxsin hantavirus üçün verdiyi testlərin nəticəsi isə hələlik müsbət deyil.

Qeyd edək ki, bundan əvvəl Avropanın artıq bir neçə ölkəsində hantavirusla bağlı karantin elan olunub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər