İran böhranı dünyada ərzaq qiymətlərini üç illik maksimuma çatdırdı
Dünya
69
17:10, Bu gün

İran böhranı dünyada ərzaq qiymətlərini üç illik maksimuma çatdırdı

ABŞ və İsrailin İrana qarşı müharibəsi dünyada ərzaq qiymətlərinin üç ildən çox müddətdə ən yüksək səviyyəyə qalxmasına gətirib çıxarıb.

Moderator.az-ın xəbərinə görə, bu barədə "Bloomberg" agentliyi Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatlarına istinadən məlumat verib.

Hadisələrin bu cür gedişatına səbəb enerjidaşıyıcıları, gübrə və digər malların tədarük zəncirlərinin pozulması olub. Nəticədə qida məhsullarına olan qiymətlər indeksi aprel ayında mart ayı ilə müqayisədə 1.6% artıb. İllik ifadədə artım 2.5% olaraq qiymətləndirilib. Ən çox bitki yağları, ət və taxılın qiyməti artıb.

Bu arada neft kotirovkalarının (qiymətlərinin) kəskin artması bioyanacaqlara olan tələbatı stimullaşdırıb. Bitki yağlarının indeksi mart ayından bəri 5.9% artaraq, 2022-ci ilin iyul ayından bəri ən yüksək səviyyəyə çatıb. Ət qiymətləri indeksi 1.2% artaraq, rekord səviyyəyə çatıb.

Qeyd olunur ki, bütün dünya üzrə istehsalçılar artıq əkin sahələrinin və məhsuldarlığın azalması barədə xəbərdarlıq edirlər və bunda dizel yanacağı və gübrə qiymətlərini günahlandırırlar.

"Independent" nəşrinin proqnozlarına görə, Yaxın Şərq böhranı Böyük Britaniya sakinləri üçün ərzaq qiymətlərinin kəskin artması ilə nəticələnəcək. Həmçinin belə bir versiya da var ki, 2026-cı ilin noyabr ayına qədər ərzaq qiymətləri 2021-ci illə müqayisədə 50% artacaq.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər