Pezeşkian SEPAH-ı
Dünya
185
16:47, Bu gün

Pezeşkian SEPAH-ı "məsuliyyətsiz" adlandırdı və Xamenei ilə təcili görüş istədi - FOTO

İran Prezidenti Məsud Pezeşkian Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) zərbələrlə bağlı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərəkətlərindən kəskin narazılığını ifadə edərək, onları "tamamilə məsuliyyətsiz" adlandırıb. İslam Respublikasının prezidenti bu hərəkətlərin ölkənin siyasi rəhbərliyinin xəbəri olmadan və koordinasiyasız həyata keçirildiyini diqqətə çatdırıb.

Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib.

Məlumata görə, Pezeşkian region ölkələri ilə gərginliyin artması halında "potensial olaraq geridönüşü olmayan nəticələr" barədə xəbərdarlıq edib.

İkinci müharibə riski səbəbindən İran prezidenti SEPAH-ın Fars körfəzi dövlətlərinə hücumlarına dərhal son qoymaq və eskalasiyanın davam etməsinin qarşısını almaq üçün ali lider Müctəba Xamenei ilə təcili görüş istəyib.

"Pezeşkian mümkün beynəlxalq reaksiyadan dərin narahatlıq keçirir və hesab edir ki, ölkə daha bir tammiqyaslı müharibəyə tab gətirə bilməz", - deyə məlumatda bildirilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər