Kafedə ofisiantı öldürmək istəyənə hökm oxunub
Hadisə
134
17:45, Bu gün

Kafedə ofisiantı öldürmək istəyənə hökm oxunub

Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən kafedə ofisiantı bıçaqlayan 19 yaşlı E.Cəfərova hökm oxunub.

Moderator.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsi Balakən sakini olan gənci Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirli bilib.

E.Cəfərov 7 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, cinayət hadisəsi zamanı E.Cəfərov kafedə ofisianta 6 bıçaq zərbəsi endirib. Belə ki, o, həmin kafedə işləyən Eysəfər adlı tanışını axtarmaq məqsədilə ora gedib. Bu zaman orada olan ofisiant T.Məmmədov E.Cəfərova Eysəfərin kafedə olmadığını bildirib. Kafedən uzaqlaşmayan Cəfərovla ofisiant arasında mübahisə yaranıb və 19 yaşlı oğlan üzərində gətirdiyi bıçaqla ona zərbələr endirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər