Ermənistan ordusu üçün Fransadan nəqliyyat helikopterləri alacaq
Dünya
107
17:39, Bu gün

Ermənistan ordusu üçün Fransadan nəqliyyat helikopterləri alacaq

Ermənistanın Müdafiə Nazirliyi İrəvanda Fransa şirkətləri ilə yeni hərbi müqavilələr imzalayıb.

Moderator.az “Aysor.am”-a istinadən xəbər verir ki, Fransanın “Airbus Helicopters” şirkəti ilə imzalanan müqavilə əsasən, Ermənistan ordusu üçün nəqliyyat helikopterləri tədarük olunacaq. Helikopterlərin konkret modeli hələ açıqlanmayıb.

Bundan əlavə, Müdafiə Nazirliyi ilə “SOFEMA Group” arasında müasir hərbi geyim və təchizatın alınmasına dair ayrıca saziş bağlanıb.

Bildirilir ki, bu alışlar Ermənistan ordusunun logistika və mobillik imkanlarının gücləndirilməsinə yönəlib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər