Yasamal rayonunda fəaliyyət göstərən restoranlardan birinin zirzəmisindən oğurluq edilib.
Moderator.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, qeyd edilən yerdən dəyəri 1285 manat olan skuter oğurlanıb.
Hüquq-mühafizə orqanlarına müraciətdən sonra cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Ona Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ittiham elan edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işinə Yasamal Rayon Məhkəməsində hakim Mirsadiq Seyidovun sədrliyi ilə baxılıb.
Müttəhim məhkəmə zamanı özünü verilmiş ittiham üzrə təqsirli bilib. Onun sözlərindən məlum olub ki, bundan əvvəl narkotik cinayəti ilə həbs edilib. Azadlığa çıxdıqdan bir müddət sonra restoranının yanından keçərkən zirzəmidən oğurluq etmək qərarına gəlib. Bu niyyətlə qapıdakı qıfılı sındıraraq ora daxil olub və stukeri oğurlayıb. Zərərçəkmişin ifadəsindən məlum olub ki, ona dəymiş ziyan ödənilib. Buna görə təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirib. Məhkəmənin hökmü ilə müttəhim 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.