Pentaqon: ABŞ-nin desant qüvvələri hazırdır
Dünya
123
17:38, Bu gün

Pentaqon: ABŞ-nin desant qüvvələri hazırdır

ABŞ-nin desant qüvvələri istənilən vaxt quru əməliyyatlarına başlamağa hazır vəziyyətdədir.

Moderator.az xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Den Keyn bu gün mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu hərbi bölmələr əmr veriləcəyi təqdirdə, Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrdən döyüş zonasına eniş edərək strateji əraziləri ələ keçirmək qabiliyyətinə malikdir.

“Bu desantçılar daim hazır vəziyyətdədirlər ki, əmr veriləcəyi təqdirdə, Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrdən yerüstü döyüş zonasına eniş etsinlər və mühüm əraziləri ələ keçirsinlər. Onlar bunu İkinci Dünya müharibəsi zamanı Siciliya və Normandiya əməliyyatlarında sələflərinin etdiyi kimi həyata keçirə bilərlər”, - general vurğulayıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər