ABŞ İranın
Dünya
260
12:30, Bu gün

ABŞ İranın "kölgə donanması"na məxsus gəminin qarşısını kəsib

ABŞ Ərəbistan dənizində dəniz blokadasını yarmağa və enerji resurslarını daşımağa cəhd edən İranın "kölgə donanması"na məxsus gəmini saxlayıb.

Moderator.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, söhbət İran neftini və qaz məhsullarını xarici bazarlara daşıyan 19 gəmidən ibarət qrupa daxil olan "Sevan" gəmisindən gedir.

Hərbçilərin bildirdiyinə görə, gəmi ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "USS Pinckney" esminesindən qalxan helikopter vasitəsilə ələ keçirilib. Hazırda gəmi ABŞ qüvvələrinin müşayiəti ilə İrana qayıtmaq əmrinə tabe olur.

ABŞ Mərkəzi Komandanlığından (CENTCOM) verilən açıqlamada qeyd olunub ki, "kölgə donanması"na daxil olan gəmilər, xüsusilə milyardlarla dollar dəyərində propan və butan daşınmasında iştirak etdikləri üçün ABŞ Maliyyə Nazirliyinin sanksiyaları altındadır. Dəniz blokadası başlayandan bəri artıq 37 gəmi kursunu dəyişmək məcburiyyətində qalıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər