İsrail lideri onkoloji xəstəlikdən müalicə alıb
Dünya
202
18:55, Bu gün

İsrail lideri onkoloji xəstəlikdən müalicə alıb

İsrailin Baş naziri Benyamin Netanyahu onkoloji xəstəliyi uğurla məğlub edib. Ölkə liderində prostat vəzinin xərçəngi erkən mərhələdə aşkar edilib ki, bu da həkimlərə effektiv müalicə aparmağa şərait yaradıb.

Moderator.az xəbər verir ki, bu barədə İsrail liderinin ofisi rəsmi məlumat yayıb.

"Əməliyyatdan sonra planlı müşahidə çərçivəsində MRT müayinəsi zamanı prostat vəzində bir santimetrdən kiçik, şübhəli xüsusiyyətlərə malik balaca bir ləkə aşkar edilib. Əlavə müayinə zamanı bunun çox erkən mərhələdə bədxassəli şiş olduğu üzə çıxıb. Yayılma və ya metastaz əlamətləri aşkarlanmayıb", - deyə məlumatda bildirilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər