19:19
14°C
Bakı
"Hizbullah" qruplaşması Livanın cənubunda İsrailə aid pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Moderator.az-ın məlumatına görə, bu barədə xəbəri "Əl-Mayadeen" telekanalı yayıb.
Qeyd olunub ki, İsrail Hərbi Hava Qüvvələrinin PUA-sı Livanın hava sərhədlərini pozduqdan sonra ölkənin cənub hissəsində zərərsizləşdirilib.
Verilən xəbərə görə, İsrailin böyük ehtimalla "Hermes 450" markalı pilotsuz təyyarəsi "Hizbullah" döyüşçülərinin buraxdığı "yer-hava" tipli raketlə hədəfə alınıb. Vurulduqdan sonra yanan uçuş aparatının qalıqları Tir şəhəri ətrafında yerləşən Burj əl-Şimali bölgəsinə düşüb.