01:10
10°C
Bakı
Gürcüstan üçün ilk növbədə yaxın qonşuları — Azərbaycan, Türkiyə və Ermənistanla münasibətlər vacibdir.
Moderator.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili "Rustavi 2" telekanalının efirində deyib.
Nazir Gürcüstanın hər üç ölkə ilə çox yaxşı və strateji səviyyəli münasibətlərinin olduğunu qeyd edib.
"Bundan sonra daha geniş bir region başlayır və bu, Orta Asiyadır. Bu bölgə ilə münasibətlər böyük əhəmiyyətə malikdir. Bizim üçün prioritet istiqamətlərdən biri Orta Dəhlizdə mühüm bir bənd kimi funksiyamızı layiqincə yerinə yetirmək üçün Orta Asiya ölkələri ilə sıx əməkdaşlığın inkişaf etdirilməsidir", - XİN rəhbəri əlavə edib.