Denzel Vaşinqton
Dünya
1665
08 Jun 2025 | 09:42

Denzel Vaşinqton "Qara Pantera 3"ə çəkiləcək

Son zamanlarda "Ekvalayzer" və "Qladiator 2" filmlərindəki rolları ilə gündəmə gələn amerikalı aktyor Denzel Vaşinqton "Qara Pantera" (Black Panther) franşizasının üçüncü hissəsində çəkiləcək.
 
Bunu rejissor Rayan Kuqler "E News" ilə söhbətində təsdiqləyib.
 
Vaşinqton daha əvvəl Kuqlerin üçüncü hissədə onun üçün rol yazacağını iddia etmişdi.
 
"Bunda uydurma heç nə yoxdur", - deyə rejissor şərh edib.
 
"Denzel bir aləmdir. Mən ilk gündən onunla işləməyə çalışıram. Düşünürəm ki, o, yaşayan ən böyük aktyordur", - Kuqler əlavə edib.
 
Qeyd edək ki, filmin nə vaxt ekranlara çıxacağı hələ məlum deyil.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər