15:12
26°C
Bakı
Milli Məclis Ali Məhkəməyə yeni hakimlərin təyin edilməsini təsdiqləyib.
Moderator.az xəbər verir ki, bununla bağlı məsələ parlamentin bugünkü plenar iclasında müzakirə edilib.
Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Sənan Məmməd oğlu Qarayev vəzifəsindən azad edilərək, Azərbaycan Ali Məhkəməsinə hakim təyin edilib.
Bundan başqa, Xankəndi Şəhər Məhkəməsinin sədri İlkin Qismət oğlu Abdullayev Azərbaycan Ali Məhkəməsinin hakimi təyin edilib.