Emin Əmrullayev Qaxda tədris prosesi ilə tanış olub – FOTO
Cəmiyyət
220
13:16, Bu gün

Emin Əmrullayev Qaxda tədris prosesi ilə tanış olub – FOTO

Mayın 26-da elm və təhsil naziri Emin Əmrullayev Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevlə birgə Qax şəhərində yerləşən 5 nömrəli tam orta ümumtəhsil məktəbində olub. 

Moderator.az xəbər verir ki, səfər çərçivəsində məktəbdə yaradılmış şəraitlə tanışlıq olub, tədris prosesi izlənilib.Nazir peşə təmayüllü siniflərdə şagirdlərin praktiki bacarıqlarının inkişafına yönəlmiş fəaliyyətləri izləyib. Eyni zamanda rəqəmsal bacarıqlar üzrə təşkil olunan dərslərdə şagirdlərin süni intellekt alətlərindən praktiki istifadə imkanları təqdim olunub, bu istiqamətdə tətbiq olunan müasir tədris yanaşmaları barədə məlumat verilib.

Daha sonra nazir məktəbin pedaqoji kollektivi ilə də görüşüb, müəllimlərin tədris prosesinin təşkili, peşəkar inkişaf və təhsil mühitinin təkmilləşdirilməsi ilə bağlı fikir və təkliflərini dinləyib, müvafiq tövsiyə və tapşırıqlarını çatdırıb.

Görüş zamanı regionlarda keyfiyyətli təhsil imkanlarının genişləndirilməsi, şagirdlərin əmək bazarının tələblərinə uyğun bacarıqlar əldə etməsinin əhəmiyyəti vurğulanıb.

ETN 4931ETN 4817ETN 4938ETN 4903ETN 4901ETN 4872ETN 4799ETN 4793ETN 4787

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər