Azərbaycanda alim vəfat etdi - FOTO
Cəmiyyət
227
12:19, Bu gün

Azərbaycanda alim vəfat etdi - FOTO

Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş elmi işçisi, kimya elmləri doktoru İlqar Əyyubov vəfat edib.

Moderator.az xəbər verir ki, bu barədə “Yeni Sabah”a onun yaxınları məlumat verib.

İ.Əyyubov mayın 19-da insult keçirib və xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin apardığı müalicə heç bir nəticə verməyib. O, 54 yaşında dünyasını dəyişib.

İş yoldaşlarının sözlərinə görə, əvvəllər alimin hansısa ciddi xəstəliyi olmayıb. Aktiv həyat tərzi sürən İ.Əyyubov mütəmadi idmanla məşğul olurmuş.

Qeyd edək ki, İlqar Hacı oğlu Əyyubov 1972-ci ildə Bakı şəhərində anadan olub. O, fəaliyyəti dövründə yüksək peşəkarlığı, zəngin biliyi və gənc tədqiqatçıların yetişdirilməsindəki xidmətləri ilə həmkarlarının və elmi ictimaiyyətin hörmətini qazanıb.

Allah rəhmət eləsin!

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər