Dövlət qurumlarına verilən yeni domenlərin sayı artıb
Cəmiyyət
127
12:03, Bu gün

Dövlət qurumlarına verilən yeni domenlərin sayı artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda dövlət qurumlarının istifadəsinə 19 yeni domen verilib.
 
Moderator.az-ın Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27 % çoxdur.
 
Hesabat dövründə dövlət qurumlarının istifadəsinə 150 yeni subdomen də verilib ki, bu da 1 il əvvələ nisbətən 2,1 dəfə çoxdur.
 
2025-ci ildə dövlət qurumları 65 yeni domen və 285 yeni subdomen alıb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər