İdman
136
12:25, Bu gün

"Turan Tovuz"un futbolçusu Premyer Liqada tarixə düşüb

Azərbaycan Premyer Liqasının XXXI turu "Turan Tovuz"un yarımmüdafiəçisi Alexandro Serrano üçün əlamətdar olub.
 
Moderator.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi Premyer Liqada 100-cü oyununu keçirib. Onun yubileyi "Karvan-Yevlax"la ev matçına (1:0) təsadüf edib.
 
Serrano bu qarşılaşmalarda 11 qola imza atıb. Premyer Liqada yalnız bir klubda çıxış edən futbolçu "Turan Tovuz"da 2023/24 mövsümündə debüt edib.
 
Serrano Premyer Liqada 100 və daha çox oyun keçirən ikinci ispaniyalıdır. Onadək yalnız "Qarabağ"ın sabiq futbolçusu Miçel buna nail olub.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər