Floridada güclü meşə yanğını: Alov evlərə doğru genişlənir
Dünya
111
11:45, Bu gün

Floridada güclü meşə yanğını: Alov evlərə doğru genişlənir

ABŞ-nin Florida ştatının Brovard dairəsinin qərb hissəsində güclü meşə yanğını daha geniş miqyas alır.
 
Moderator.az-ın xəbərinə görə, bu barədə "CBS News" telekanalı məlumat verib.
 
Bildirilib ki, alov artıq 20 min kvadratkilometrdən çox ərazini əhatə edib.
 
Şəhər polisinin məlumatına görə, tüstü Pembruk-Paynes şəhərinə doğru yayılmağa başlayıb. Yanğının evlərə yaxınlaşmaq təhlükəsi var və bu səbəbdən yaşayış məntəqələrinin ətrafında yanğınsöndürmə-xilasetmə briqadaları yerləşdirilib. Sakinlər görmə məsafəsinin azalması və qatı tüstü ilə üzləşə bilərlər.
 
Yanğınsöndürənlər hələlik alovun qarşının ala bilməyiblər. Hakimiyyət orqanları yaşayış məntəqələrinin təxliyəsinin nəzərdən keçirilib-keçirilmədiyini hələlik açıqlamayıb. Xəsarət alanlar barədə məlumat yoxdur.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər