Fransa Aİ-dən çıxa bilər - Partiya sədrindən ŞOK BƏYANAT
Cəmiyyət
178
19:01, Bu gün

Fransa Aİ-dən çıxa bilər - Partiya sədrindən ŞOK BƏYANAT

Fransa Rusiya enerji daşıyıcılarının idxalına qoyulan qadağaya görə Avropa İttifaqını (Aİ) tərk etməlidir.
 
Moderator.az Musavat.com-a istinadla xəbər verir ki, bu bəyanatla Fransanın “Vətənpərvərlər” partiyasının lideri Florian Filippo çıxış edib.
 
Siyasətçi öz fikirlərini "X" sosial şəbəkəsindəki hesabında paylaşaraq qeyd edib ki, ölkənin birliyi tərk etməsi artıq zərurətə çevrilib.
 
Filipponun sözlərinə görə, məhz Aİ-nin daxili bazar qaydaları və tətbiq etdiyi məhdudiyyətlər Fransa iqtisadiyyatına ağır zərbə vurur.
 
“Bəli, biz Avropa İttifaqından çıxmalıyıq! Çünki Aİ-yə görə biz elektrik enerjisi üçün həddindən artıq yüksək qiymət ödəməli oluruq. Avropa elektrik enerjisi bazarı səbəbindən biz enerji daşıyıcıları üçün ƏDV-ni aşağı sala bilmirik, axmaq sanksiyalara görə isə ucuz Rusiya qazını və neftini ala bilmirik”, - deyə partiya lideri vurğulayıb.
 
Xatırladaq ki, son dövrlər Avropada enerji böhranı fonunda bir çox siyasi dairələr Brüsselin sanksiya siyasətini kəskin tənqid edirlər.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər