Bizi sosial şəbəkələrdən izləyin:
Zaqatala rayonu ərazisində saat 11:25-də yük avtomobili qaz xəttinə çırpılıb.
Moderator.az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, qəza nəticəsində Nizami və Vaqif küçələrində qaz xətti yararsız hala düşüb. Təhlükəsizlik məqsədilə ərazidə qazın verilişi dayandırılıb.
Hazırda təmir-bərpa işləri aparılır, yaxın saatlarda qazın verilişi planlaşdırılır.