Bizi sosial şəbəkələrdən izləyin:
Bu ilin yanvar-mart aylarında dövlət büdcəsi hesabına 965 min şəxsə 561 milyon manat müavinət və Prezidentin aylıq təqaüdü ödənilib.
Bu barədə Moderator.az-a Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.
Bildirilib ki, onlardan 495 min nəfərə müavinət olaraq 318 milyon manat, 408 min nəfərə Prezident təqaüdü olaraq 204 milyon manat, 62 min nəfərə sosial sığorta hesabına müavinət olaraq 39 milyon manat ödəniş həyata keçirilib.
"Ödənilən vəsait ötən ilin müvafiq dövrünə nisbətən müavinətlər üzrə 16 faiz, təqaüdlər üzrə 17 faiz, sosial sığorta hesabına müavinətlər üzrə 2 faiz çox olub.
Yanvar-mart aylarında daha 38 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən isə 917 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib", - məlumatda qeyd olunub.